Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın İranı vuracağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Müdafiə naziri bu informasiyanın mənbəyi haqdq məlumatının olmadığını vurğulayıb:
“Bu istiqamətdə dəyərləndiriləcək bir məlumat yoxdur. Doğrusu, ı iddiaların tamamilə qurama olduğunu düşünürəm”.
Qeyd edək ki, “ABC” tele-kanalına açıqlama verən avstraliyalı mənbə Trampın avqustda İranın nüvə bazalarını vurmağı planlaşdırdığını iddia edib.