28 İyul 2018 20:29
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Save the Children” beynəlxalq yardım təşkilatı Afrikadan Avropaya gələn qaçqın uşaqların sağ qalmaq üçün cinsi əlaqəyə zorlandığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın yayımladığı “Görünməz balaca kölələr” adlı hesabatda qaçqınların sərhədi keçə bilmək üçün 50-150 avro arası ödəniş etdikləri də vurğulanıb:

“İtaliya-Fransa sərhədində yetkin olmayan uşaqlar çətinliklə üzləşirlər. Onlar lazım olan pulu qazanmaq üçün cinsi əlaqəyə zorlanırlar”.

Hesabata görə, 2016-ci il ərzində dünyada “iş və cinsi məqsədlərlə kölə şəraitində saxlanılan, satılan və ya istismar edilən” uşaq və gənc sayının 10 milyona yaxın olduğu bildirilib.

Onlardan 10-dan 7-nin qız uşaqları olduğu qeyd edilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər