ABŞ müdafiə naziri Ceyms Mettis Prezident Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin görüşündən danışıb.
Teleqraf.com xəbər verir ki, nazir keçirdiyi brifinqdə jurnalistin Putinin Trampı Moskvaya dəvət etməsi ilə bağlı sualı cavablandırıb:
“Hər zaman bir-birimizlə danışmağa tərəfdar olmuşam və bunu təşviq etmişəm. Nüvə raketləri bir-birini hədəf aldığı vaxtda da, soyuq müharibənin ən pis dönəmlərində belə prezidentlər görüşürdü. Bunun artıq zamanının çoxdan çatdığını düşünürəm”.
Nazir ABŞ-ın xüsusilə problemləri olduğu ölkə liderləri ilə görüş keçirməsinin daha da önəmli olduğunu bildirib.