Almaniyanın Köln şəhərindəki Eyyub Sultan məscidinə hücum edilib.
Teleqraf.com xəbər verir ki, məscidin pəncərə və qapıları sındırılıb.
Hadisə bu gün səhər saatlarında baş verib. 3 alman gənc sübh namazının qılındığı zaman məscidə basqın edib. Məscidin imamı Hüseyn Özdəmir deyib ki, hücum edən şəxslər pəncərə və qapıları sındırıb:
“Həmin an insanlar sübh namazını qılırdı. Düşündük ki, yəqin bomba partladı. Bu səbəbdən hamı yerə uzandı”.
Məsciddə olan dindarlar hücum edən şəxsləri saxlayaraq polisə təhvil veriblər. Polis isə cümə namazından sonra məscidə gələrək bildirib ki, gəncləri məhkəməyə göndəriblər.
Onlar 2 ay əvvəl də məscidə hücum ediblər.