29 İyul 2018 14:25
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan Kiprində təşkil edilən konfransa İsrail və Misir səfirləri Türkiyəyə qarşı açıqlamalar verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ səfiri də Türkiyəyə qarşı mövqeyə dəstək verib.

Tədbirdə iştirak edən İsrail səfiri Aammy Ravel "Türk təhdidləri səbəbiylə İsrailin hərbi müdaxilə etmək məcburiyyətində qalmamasını arzu edirəm" deyə söyləyib.

Misir səfiri Mai Taha Muhammed isə lazım gələrsə, Türkiyəyə qarşı hərbi güc istifadə etməkdən çəkinməyəcəklərini bildirib.

ABŞ səfiri Katlin Doerti açıqlamasında Türkiyənin Yunan Kiprinə qarşı mövqeyinin qəbuledilməz deyib.

Qeyd edək ki, Türkiyə tərəfi yunanların tək tərəfli olaraq təbii qaz axtarışlarına qarşıdır.


Müəllif: Ruslan

Oxşar xəbərlər