29 İyul 2018 16:40
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda sərbəst bazarda 1 dollar 10 min tüməndən baha olub.

Teleqraf.com xəbər verir ki, İranda son bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.

Bundan başqa avro 12 min 650 tümən, 1 Türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.

İranda dolların qısa müddət ərzində 4 mindən 7 min 500 tümənə yüksəlməsindən sonra Prezident Həsən Ruhaninin hökuməti, apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına qərar vermiş və sərbəst bazarda alqı-satqı qadağan etmişdi.

Dolların qəfil artımından əziyyət çəkən ticarətçilər bir müddət əvvəl küçə aksiyaları keçirmişdi.


Müəllif: Ruslan

Oxşar xəbərlər