Türkiyənin Balıkəsir vilayətində qayığın çevrilməsi nəticəsində azı 6 nəfər həlak olub, bir nəfər itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə vilayətin valisi məlumat verib.
Agentliyin məlumatına görə, qayıq Egey dənizindəki Siplak adası yaxınlığında aşıb. Qayığın göyərtəsində 16 nəfər, o cümlədən FETÖ üzvləri olub.
Ölən 6 nəfərdən 3-ü uşaqdır. 9 nəfər xilas olub, bir nəfər itkin düşmüş sayılır.