ABŞ-ın eks-prezidenti Ronald Reyqanın oğlu Ron “MSNBC” televiziyasına müsahibəsində maraqlı açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, o deyib:
“Trampın tərəfdarları demokratlara o qədər nifrət edirlər ki, onlar Demokratlar Partiyasının hər hansı namizədinin əvəzinə Vladimir Putini ABŞ Prezidenti seçməyə hazırdırlar. Trampın seçicilərinin xoşuna o adamlar gəlir ki, onlar ABŞ Prezidentinə bənzəyirlər. Ona görə ki, Rusiya prezidentinin ABŞ-da populyarlığı getdikcə artır. Onlara elə gəlir ki, Tramp Putini sevirsə, onda onlar da onu sevəcək”.
O, həmçinin əlavə edib ki, ABŞ prezidentinin tərəfdarları arasında “Tramp sindromu” yaranıb:
“Onlar reallıqla elementar dostluq belə etmirlər. Onlar üçün əsas odur ki, Tramp kimə nifrət edirsə, onlar da ona nifrət etsinlər. Bu, əsl psixi pozğunluqdur, “Tramp sindromu”dur”.