Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb, 25 nəfər itkin düşüb
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afina və bir neçə şəhərdə fövqəladə vəziyyət rejimi davam edir.
Mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.