30 İyul 2018 16:35
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri İranda yaşayan bütün xalqlardan üzr istəməlidir. İctimaiyyətin minimum gözləntisi budur.

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri deyib.

O, İrandakı məktəblərdə qeyri-fars dillərinə qoyulmuş qadağanın və bununla bağlı Təhsil naziri Məhəmməd Bəthayinin təhqiramiz fikirlərinin Konstitusiyaya zidd olduğunu bildirib:

“Ölkənin strateji biq qurumuna rəhbərlik edən bir şəxsin məntiqsiz fikirlər səsləndirməsi təəssüf doğurur. O, üzr istəməlidir. Narazılığa son qoymaq üçün bu vacib məsələdir”.

Qeyd edək ki, Məhəmməd Bəthayi İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə qeyri-fars dillərinin qadağan edildiyini açıqlayıb.

Nazirin irqi fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər