Filippində baş verən terror hücumu zamanı 11 nəfər öldürülüb,5 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin Basilan bölgəsində baş verib.
Avtomobildə partladılan bomba nəticəsində 10-dan çox insan həlak olub.
Basilan bölgəsinin Bulantinq kəndində yerləşən hərbi postda bir sürücü özünü şübhəli aparıb. Polis sürücüyə yaxınlaşan zaman avtomobildə ani partlayış baş verib.
Nəticədə 5 əsgər, 1 zabit, 3 qadın və 1 körpə ölüb.
Hüquq-mühafizə orqanları partlayışın İŞİD-lə əlaqəsi olan “Əbu Səyyaf” terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalı üzərində durur.