18 Avqust 2014 12:05
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dövlətin dünya gözəlini müəllifi olduğu “Khazar Island”da (“Xəzər adaları”) istirahət etməyə dəvət edib.


Bu barədə Hacı İbrahim bildirərək qeyd edib ki, avqustun 31-də “Khazar Island”da dünyanın 125 ölkəsindən gələn gözəlin iştirakı ilə konsert proqramı da təşkil olunacaq.

Onun sözlərinə görə, konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın da bir neçə ölkəsindən tanınmış ifaçıların çıxış edəcəyi gözlənilir:

“Bilirsiniz ki, “Khazar Island” gözəllik yarışmasına da sponsorluq edir. Ona görə də dünyanın 125 gözəli “Khazar Island”da istirahət edirlər, buranın çimərliyindən istifadə edirlər. Kim onları görmək istəsə, “Khazar Island”a buyurub gələ bilər. “Khazar Island”da təkcə onları deyil, həm də tanınmış müğənniləri də görə biləcəklər”.

Hacı İbrahim Nehrəmli həmçinin bildirib ki, avqustun 21-dən etibarən çimərlik mövsümü bitənədək “Khazar Island”ın çimərliyindən istifadə pulsuz olacaq.

/publika.az/


Müəllif: