Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryan Ali Məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Robert Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.
Vəkil keçmiş prezidentin barəsində irəli sürülmüş ittihamlarla razılaşmadığını bildirib.
O əlavə edib ki, Apellyasiya Məhkəməsi 1-2 həftə müddətində onların şikayətlərini nəzərdən keçirəcək.
Qeyd edək ki, Robert Köçəryan 2008-ci ildə İrəvanda keçirilmiş mitinqlərdə iştirak edən mülki şəxslərə atəş açmaq əmri verməkdə ittiham edilir.