Ermənistan Slovakiyanın Azərbaycana silah satmasını araşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib.
O, bununla bağlı Ermənistanın Slovakiyadakı səfirliyinə araşdırma göstərişi verildiyini, lakin hələlik qarşı tərəfdən cavab ala bilmədiklərini bildirib.
Tiqran Balayan Belarusla bağlı da eyni vəziyyətin yarandığına diqqət çəkib: “Belarusa da müraciət etmişik. Lakin hələlik Belarusdan da cavab yoxdur.
Digər ölkələrin Azərbaycana silah satmasına gəldikdə isə, imkanlarımız məhduddur, çünki həmin ölkələrə heç bir təsir mexanizmi yoxdur”.
Erməni diplomat Rusiyanın Azərbaycana silah satması ilə bağlı verilən suala cavab verməkdən imtina edib və bunu vaxt azlığı ilə izah edib.