Türkiyədə liseylərdən birinin binasından Azərbaycan Respublikası, Güney Azərbaycan və Türkiyə bayraqları asılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan video-görüntü maraqla qarşılanıb.
Adana şəhərində yerləşdiyi bildirilən liseydə keçirilmiş tədbirdə azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın “Heydər Babaya salam” şeirinin səsləndirildiyi də sosial şəbəkə istifadəçiləri tərəfindən iddia edilib.