ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) Prezident Donald Trampa məktub ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda Trampdan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək üçün vaxt ayırması xahiş edilir.
“Ümid edirik ki, sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçiriləcək sammitində Nikol Paşinyanla söhbət üçün vaxt ayıracaqsınız. Belə bir dialoq Ermənistanın təhlükəsizliyi üçün olduqca vacibdir”, - deyə məktubda bildirilir.
Ağ Ev başçısı hələ ki məktuba cavab verməyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills məsələ ilə əlaqədar ona ünavlanmış suala cavabında belə bir görüşün keçirilməsində maraqlı olduqlarını, lakin bu görüşün baş tutması üçün Amerika prezidentinin vaxtının olmadığını demişdi:
“Görüşün keçirilməsində maraqlıyıq. Lakin həmin ərəfədə Donald Trampın görüş proqramı sıxdır. Buna görə də, görüşün baş tutacağına ümidim yoxdur”.