1 Avqust 2018 13:21
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryanla bağlı sensasiyalı iddia ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadla yazıb.

Nəşr Köçəryanın həbsinin siyasi sifariş olduğunu bildirir və qeyd edir ki, o, Baş nazir Nikol Paşinyanı devirərək hakimiyyəti ələ keçirməyə hazırlaşırmış:

“Diplomatik kanallar vasitəsilə əldə etdiyimiz məlumata görə, Robert Köçəryanın həbs edilməsi 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar deyil, bu addım onu siyasi meydanda neytrallaşdırmağa yönəlib.

Hakimiyyəti Nikol Paşinyandan almağa çalışan Robert Köçəryan bu məqsədlə payızda keçiriləcək parlament seçkilərində iştirak etməyə hazırlaşırdı. Paşinyan keçmiş prezidentin bu niyyətindən xəbər tutan kimi o, dindirilmək üçün istintaqa çağırıldı və gözlənildiyi kimi də həbs edildi”.

“Joxovurd” Rusiya tərəfindən dəstəklənən və Ermənistan daxilində böyük nüfuza malik olan Köçəryanı həbs etməklə Paşinyanın riskə getdiyini yazır və iddia edir ki, bu, İrəvanda siyasi böhrana gətirib çıxara bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər