İyulun 2-də Güney Azərbaycanda Bəzz qalasına yürüş ərəfəsində İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılmış azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri yaxın vaxtlarda azadlığa buraxılmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Tehran həbsxanasında saxlanılan fəalın qardaşı Fərəc Nuri məlumat verib.
İbrahim Nurinin Evin həbsxanasında ağır işgəncələrə məruz qaldığı bildirilir.
Tələbə olan İbrahim Nurinin 27 yaşı var. O, 14 yaşından Güney Azərbaycanla bağlı mədəni fəaliyyətlə məşğuldur. Bu müddət ərzində bir neçə dəfə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və təzyiqlərə məruz qalıb.
O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamı ilə ümumi olaraq, 16 ay həbs cəzasına məhkum edilib.
İbrahim Nurinin İranda insan hqlarının pozulması ilə bağlı ciddi hüquqi araşdırmaları var. O, İran Prezidenti Həsən Ruhaniyə ünvanladığı bir məktubda hakimiyyəti insan haqlarını kobud formada pozmaqda ittiham edib və qeyd edib ki, İran məhkəmələri siyasi sifarişləri yerinə yetirir.