İstanbulda hökumət əleyhinə aksiya olub.
Prezident seçkilərinin nəticələri məlum olandan sonra, Türkiyənin İstanbul şəhərində müxalif Cumhuriyyət Xalq Partiyası tərəfdarlarının yeni hökumətə qarşı etirazlara başlayıb. Aksiya zorakılıqlarla yadda qalıb.
Okmeydanı rayonunda toplaşan bir qrup gənc yolu kəsərək nəqliyyatın hərəkətinə mane olub. Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq qrup dağılmayıb. Polis etirazçılara qarşı güc tətbiq etmək məcburiyyətində qalıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə olunub. Fəallar da təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər.
Qarşıdurmalar zamanı xəsarət alan olmasa da, yaxınlıqda yerləşən evlərə ziyan dəyib. Türkiyədə bir qədər əvvəl keçirilən prezident seçkiləri zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.
/anspress/