ABŞ-ın əksər ölkələrdə casusluq fəaliyyəti ilə məşğul olduğu hər kəsə aydındır. Birləşmiş Ştatların casusları Rusiyadan Pakistana, Türkiyədən Çinə qədər fəaliyyət göstərirlər. Bəzən bu agentlər gözlənilmədiyi halda ifşa olunurlar.
Teleqraf.com bu dəfə ABŞ-ın ifşa edilən 8 casusunun maraqlı hekayələrini oxuculara təqdim edir:
Boris Yuzhin
Boris Yuzhin 1970-1980-cı illərdə ifşa və həbs olunmazdan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) üçün SSRİ kəşfiyyatında işləyən köstəbək olub. Yuzhin vəzifəsi Sovet Rusiyasında tələbə hərəkatını izləmək olub. 1978-ci ildə FTB üçün işləməyə başlayıb.
O, çaxmaq şəklində gizli kameradan istifadə etməklə həssas bölgələrin fotolarını FTB-yə ötürüb. Sözügedən kameradan həmin dövrdə yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) istifadə edirmiş. SSRİ KQB-si yalnız 1985-ci ildə Yuzihin köstəbək olduğunu fərq edib. Yuzih 1986-cı ildə yeni vəzifə almaq məqsədilə Moskvaya gəldiyi zaman həbs edilib. Sonradan Rusiya lideri Yelsinin verdiyi əfvlə azadlığa çıxıb. Daha sonra ABŞ-a köçüb.
Yosef Amit
Yosef Amit 1980-cı illərdə ABŞ xeyrinə casusluq etməkdə günahkar bilinib. 1986-cı ilin martında ABŞ üçün casusluq etdiyi şübhəsi ilə Haifa şəhərindəki mənzilində həbs edilib.
Yosef Amit əsasən qonşu ölkələrdə İsrail casuslarının fəaliyyətini koordinasiya edirmiş. Lakin pula aşırı marağı səbəbindən əvvəllər də problemlərlə üzləşməli olub. Bir müddət narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib, lakin sonra bəraət alaraq əvvəlki vəzifəsini yerinə yetirməyə başlayıb.
Hayfa limanına gələn ABŞ hərbi donanmasının zabiti ilə tanış olduqdan sonra ABŞ üçün casusluq etməyə başlayıb. Həbs edildikdən sonra MKİ-dən minlərlə dollar aldığını etiraf edib. Amit 1993-cü ildə psixoloji xəstəlik səbəbindən azadlığa buraxılıb.
Milton Bearden
Milton Bearden 30 illik karyerası boyunca Nigeriya, Sudan və Pakistanda MKİ-nin fəaliyyətini koordinasiya edib.1986-989 illər arasında Əfqanıstanda SSRİ-yə qarşı vuruşan yerli xalqın təlimi və maliyyələşməsini həyata keçirib. Lakin 1994-cü ildə “snitch fax“ skandalı Beardeni pis vəziyyətə salıb. ABŞ senatına göndərilən faksda Beardenin də adı olub. Faksda MKİ-nin stansiya rəisi Milton Beardenin 5 il əvvəl KQB-nin köstəbəyi olduğu şübhəsi vurğulanırdı. O dövrdə MKİ-nin SSRİ və Qərbi Avropa əməliyyatlar şöbəsində işləyən Bearden həbs olundu. 9 ay sonra zadlığa buraxılan Milton təqaüdə çıxdı.
Robert Baer
Robert Baer 21 il müddətində MKİ-nin kəşfiyyat zabiti olaraq çalışıb. Livan, Sudan, Suriya, İraqda işləyib. Xüsusilə, İraqda çox zəki kəşfiyyatçı olduğunu sübut edib. Hələ Saddam Hüseyn iqtidarı dövründə Ramadi, Felluca və Əl-Anbar əyalətlərində aşirətlərlə qurduğu təmaslar səbəbindən İraq ordusunun bu regionlarda təsirini azaldaraq ABŞ-ın işğalını asanlaşdırıb. İllərlə məxfi agent kimi işləyib.
Orta Şərq, ərəb dünyası və SSRİ haqqında dərin bigilərə sahib olub. Baer 1997-ci ildə təqaüdə çıxıb və MKİ üçün etdiyi casusluq fəaliyyətini ifşa edib. Robert Baerin həyatı haqqında “Syriana” adlı film də çəkilib.
Raymond Davis
Raymond Davis MKİ-nin maraqları üçün Pakistanda fəaliyyət göstərib. 2011-ci ilin yanvarında işıqforda durduğu zaman iki nəfəri vuraraq öldürüb. Sonradan hadisə yerindən qaçmağa çalışan Davis Pakistan polisi tərəfindən saxlanıldı. Pakistan kəşfiyyatı Davisi izlədiyindən onun Əfqanıstan sərhədləri yaxınlığında aşirətlərlə əlaqələr qurduğunu təsbit etmişdi.
Eyni zamanda sərhəd bölgələrində baş verən etiraz aksiyalarında Davisin barmağı olduğunu düşünürdülər. Həbsdən sonra Pakistan kəşfiyyatı Davisin kamerasında xüsusi təhlükəsizlik bölgələri və hərbi xarakterli yerlərdə çəkilən video görüntülər aşkar etdi. Davisin şəxsi əşyalarının içərisində Pakistanın nüvə obyektləri ilə əlaqəli sənədlər də ortaya çıxarıldı. Bütün bunlara baxmayaraq ABŞ-ın təzyiqləri qarşısında duruş gətirə bilməyən İslamabad Raymondu azad buraxmalı oldu.
Amir Hekmati
Amir Hekmati İran əsilli, ikili vətəndaşlığı olan casus idi. ABŞ donanmasında xidmət edib, daha sonra çavuş rütbəsi ilə tərxis edilib. Bir müddət müdafiə və araşdırma projesi olan DARPA-da işləyib. 2011-ci ilin dekabrında ziyarət məqsədilə İrana getdiyi zaman həbs edilib. İran dövlət televiziyası Hekmatinin MKİ agenti, əsas məqsədinin İranda terror fəaliyyətinin idarə etmək olduğunu açıqlayıb.
Eyni zamanda Tehran elan edib ki, Hekmati İranda daxili sabitliyi pozmaq üçün təbliğat videoları hazırlayıb və buna görə MKİ kifayət qədər maliyyə alıb. Amir Hekmatı İranda edam cəzasına məhkum olunub. 2016-cı ilin 16 yanvarında ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra sərbəst buraxılıb.
Ryan Fogle
Ryan Fogle Rusiya paytaxtı Moskvadakı ABŞ səfirliyində işləyib. Rus kəşfiyyat nümayəndələrinə rüşvət verərkən həbs olunub. 2013-cü ilin mayında Fogle daha əvvəllər görüşdüyü rus kəşfiyyat nümayəndələri ilə görüşdüyü zaman Rusiya təhlükəsizlik əməkdaşları tərəfindən tutulub. Fogle yaxalandığı zaman üzərindən diplomatik kimlik və 100.000 dollar çıxıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Fogle görüşə köhnə parik taxaraq gəlmişdi. Həbs edildikdən sonra 2 il Moskvada saxlanılan Fogle daha sonra ölkədən deportasiya olunub.
Andrev Kreyk Brunson (Rahib Brunson)
Andrey Brunson 2016-cı ilin aprelin 9-da həbs edilib. Brunson haqqında “terror təşkilatına üzv olmaq” ittihamı ilə 15 ilə qədər, “”dövlətin məxfi qalması səbəbilə siyasi və hərbi cəsusluq” ittihamı ilə 20 ilə qədər həbs cəzası tələb olunub. Andrey Brunsonun FETÖ və PKK kimi terror təşkilatları ilə əlaqəsinin olduğu, bu şəbəkə mənsublarına yardım etdiyi gizli şahid ofadələri ilə ortaya çıxıb. Uzun müddət həbs yatan Brunson haqqında ev həbsi qərarı çıxarılıb. Hazırda Brunsonun ittiham edilməsi prosesi davam edir.