Türkiyə ilə ABŞ arasında münasibətlərin gərgin olduğu bir dövrdə ABŞ dövlət katibi Mayk Pampeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Sinqapurda görüşəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ və Türkiyənin baş diplomatları iyul ayında 3 dəfə müzakirə aparıblar.
Bu müzakirələr Suriya böhranı, FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, F-35 hərbi təyyarələrin Türkiyəyə göndərilməsi və amerikalı rahib Brunsonun həbsi ətrafında aparılıb.
Məlumata görə, sabah Sinqapurda planlaşdırılan görüşdən əvvəl ABŞ tərəfinin tələbi üzrə bu gecə Çavuşoğlu və Pompeo arasında növbəti telefon danışığı baş tutub. Nazirlər ABŞ hökumətinin Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edilməsini müzakirə ediblər.