2 Avqust 2018 17:22
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT sülhməramlı qüvvələrinin Qolan təpələrində 2012-ci ildə təhlükəsizlik məsələləri ilə əlaqədar dayandırılmış fəaliyyəti bərpa edilə bilər.

Məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, bu gün BMT sülhməramlıları Rusiya hərbi polisinin müşayiəti ilə son 6 ildə ilk dəfə sərhəd ərazisində patrul həyata keçirib.

S.Rudskoy qeyd edib ki, BMT postlarının qarşısında mümkün təxribatların qarşısını almaq üçün "Bravo" xətti boyunca Rusiya Silahlı Qüvvələrinin hərbi polis postlarının qurulması planlaşdırılır. O, vəziyyətin sabitləşməsi halında postların Suriya hökumət qoşunlarının ixtiyarına veriləcəyini də bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər