CHP-nin prezidentliyə namizədi olmuş Məhərrəm İncənin təhdid etdiyi 2-ci ordu komandanı, general İsmayıl Mətin Təməlin rütbəsi artırılıb.
Teleqraf.com xəbər verir ki, o, general-leytenant rütbəsi alıb.
Qeyd edək ki, Rəcəb Təyyub Ərdoğanın qatıldığı iftar yeməyi zamanı general İsmayıl Mətin Təməlin onu alqışlamasına Məhərrəm İncə “sənin poqonlarını sökəcəm” deyə reaksiya vermişdi.
Bundan sonra generalın doğulduğu Taxt kəndində insanlar Məhərrəm İncənin bu sərt yanaşmasına görə tənqid etmişdilər.
Seçkinin partiyalara görə nəticələrində də Cümhuriyyət Xalq Partiyası bu kənddən cəmi 1 səs qazana bilib.