İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə sanksiya tətbiq etmiş ABŞ-ın etibarsız ölkə olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Cənubi-şərqi Asiya Ölkələri Birliyi (ASEAN) Xarici İşlər Nazirlərinin Sinqapurda keçiriləcək Sammitindən öncə jurnalistlərə bildirib ki, ABŞ-ın sanksiyaları Türkiyənin daxili işlərinə müdaxilədir.
"Bütün bunlar ABŞ hökumətinin xarici siyasətdə və sanksiya məsələsində sərhəd tanımadığını göstərir", deyə Zərif qeyd edib.
Sammit ərzində ABŞ xarici işlər naziri Mayk Pompeo ilə görüşüb-görüşməyəcəyinə dair suala cavab olaraq Zərif bildirib ki, ABŞ rəsmilərilə daha öncə bir neçə dəfə görüşüb: "İndiki ABŞ hökuməti dəyərlərə bağlı deyil. Bu üzdən ABŞ rəsmilərilə görüşmək mənasızsdır".