"Votsap" messenceri müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün biznes istifadəçilər ödəniş etməli olacaqlar. Bu haqda "WhatsApp"un bloqunda deyilir.
Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, "Votsap" şirkət və onların müştəriləri arasında ünsiyyəti asanlaşdırmaq üçün yeni funksiyalar üzərində işləyir.
Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq
"Röyter" agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.
"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "Votsap" messencerindən istifadə edir.