Fahri Kasırqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri təyin olunub.
Teleqraf.com xəbər verir ki, Kasırqa bu vəzifəyə ölkə prezidentinin müvafiq sərəncamı ilə təyin olunub.
Qeyd olunur ki, daha öncə Kasırqa Türkiyə prezidenti aparatının baş katibi vəzifəsini tutub.