Səudiyyə Ərəbistanı şahzadəsi Fransanın paytaxtı Parisdə hücuma məruz qalıb. Fransa polisinin məlumatına görə, naməlum silahlı şəxslər şahzadənin avtomobil karvanına hücum edərək, 300 min dollardan çox pulunu oğurlayıblar.
Hücum edənlərin şahzadəyə məxsus bəzi vacib sənədləri də oğurladıqları bildirilir. Onların silahdan istifadə etmədiyi məlum olub.
Hadisə baş verərkən ərəb şahzadəsi Səudiyyə Ərəbistanı səfirliyindən Le Burje hava limanına gedirmiş. Polis şahzadənin karvanının marşrutunun hücumçulara əvvəlcədən məlum olduğunu ehtimal edir.
/anspress/