3 Avqust 2018 23:28
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın Suriyada humanitar əməliyyatlarda iştirakını gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.

O, Ermənistanın Suriya məsələsində Rusiya əməkdaşlıq etməsində maraqlı olduğunu diqqətə çatdırıb: “Biz bu sahədə Ermənistanla yeni təcrübə qazanmaq istəyirik. Bu iki ölkə arasında əməkdaşlığın yeni sahəsidir”.

Fomin çıxışında Rusiyanın Ermənistanın Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində atdığı addımları da rəsmi İrəvana xatırladıb və qeyd edib ki, silah yardımı bundan sonra davam edəcək.

Lakin o, indən sonra ikitərəfli münasibətlərdə problemin yaranacağına ümid etdiyini də diqqət çəkərək, Rusiyadan Ermənistana edilən silah yardımının şərtlərin yerinə yetirilməsi müqabilində Moskvadan İrəvana edilən jest olduğuna eyham vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər