18 Avqust 2014 14:50
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında Fətullah Gülən camaatına aid Maqnolia məktəblərində yoxlamara başlanılıb.

ABŞ-ın Audit Komitəsi tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Maqnolia məktəblərinə ayrılan vəsaitlər düzgün istifadə edilmir, yeyinti halları aşkarlanıb.

Dövlət tərəfindən Gülən məktəblərinə ayrılan 2,8 milyon dollar dəyərindəki vəsaitin necə və hara sərf edildiyi araşdırılır.

Qeyd edək ki, Fətullahın Gülənə aid dünyanın bir çox ölkələrində ödənişli məktəblərdə yoxlamalar aparılır. ABŞ-da Federal Təhlükəsizlik Bürosu Arizona, Luiziana, Pensilvaniya, Texas və Nyu-Cersi ştatlarında Gülən camaatına məxsus məktəblərə yoxlamalar həyata keçirib.

/anspress/


Müəllif:

Oxşar xəbərlər