4 Avqust 2018 16:19
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də ABŞ-da “Fəal tədbirlər” adlı sənədli film ekranlara çıxacaq. Filmdə ABŞ və Rusiya prezidentlərinin çoxillik əlaqələrindən bəhs olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Filmdə həmçinin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi faktlarından danışılacaq.

Filmin rejissoru Cek Braynan bildirib ki, Tramp bir neçə on ildir Putinin əlaltısıdır. O əmindir ki, Putin uzun illərdir kiberhücum, təbliğat və korrupsiyanın köməkliyi ilə gizli siyasi müharibə aparır.


Müəllif: Səxavət

Oxşar xəbərlər