Separatçı Cənubi Osetiyanın “prezidenti” Anatoli Bibilov suriyalı həmkarı Bəşər Əsədin Sxinvalini ziyarət etmək istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o bu barədə “RİA-Novosti”yə açıqlamasında deyib. Qeyd edib ki, səfərin tarixi üzərində iş gedir:
“Əlbəttə, o, Sixinvaliyə gəlmək istəyir. Biz razılaşdıq ki, mütləq Cənubi Osetiyada görüşəcəyik. Ancaq nə vaxt? Biz bu vaxtı dəqiqləşdirəcəyik”.
Qeyd edək ki, A.Bibilov iyul ayında Suriyaya səfər edib və B.Əsədlə görüşüb. Tərəflər dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Suriya bu ilin mayın 29-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdığını bəyan edib.