4 Avqust 2018 18:25
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo ASEAN ölkələrini Şimali Koreyanın denuklearizasiyasına nail olmaq üçün Pxenyana diplomatik və siyasi təzyiqi davam etdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Straits Times” qəzeti məlumat yayıb.

Dövlət katibi ASEAN ölkələri xarici işlər nazirlərinin Sinqapurda keçirilən görüşündə bildirib ki, təzyiqi davam etdirmək Şimali Koreyanın tam və birdəfəlik nüvəsizləşdirilməsinə nail olmaq üçün vacibdir.

M.Pompeo Sinqapurda Şimali Koreyadan olan həmkarı Li Yon Xo ilə görüş keçirmədiyini də bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər