5 Avqust 2018 11:40
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimovun ABŞ-ın müdafiə naziri Cozef Dunforda gizli məktub göndərdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Rusiyadan ABŞ-a göndərilən məktub haqqında “Röyter” Agentliyi xəbər tutub.

Məktub Helsinkidə keçirilən Tramp-Putin görüşündən 3 gün sonra gizli şəkildə Pentaqona göndərilib.

Valeri Gerasimov Suriyada İran və Rusiyanın dəstəyi ilə Bəşər Əsədin geri aldığı cənubdakı əraziləri nəzərdə tutaraq ABŞ müdafiə nazirinə təklif edib ki, Suriya rejiminin nəzarət altına aldığı ərazilərdə birgə fəaliyyət göstərsinlər: “Bu bölgələrin normal vəziyyətə qaytarılmasını təmin etmək üçün Dəməşq hökumətinin imkanları yoxdur. Rusiya və ABŞ mülki insanların evinə qayıtması və normal həyatın başlaması üçün birlikdə işləyə bilər”.

Bəlli olub ki, general Gerasimovun məktubu ABŞ müdafiə naziri tərəfindən soyuq qarşılanıb.

Mövcud durumda Suriyada ABŞ-ın Rusiya ilə hər hansı bir əməkdaşlığının mümkün olmadığını bildirən general Dunford qeyd edib ki, Suriya probleminin siyasi həlli tapılmadan belə bir əməkdaşlıq mümkün deyil.

“Rusiya Suriyada yeni seçkilərin keçirilməsi ideyasını dəstəkləməlidir. Suriyada BMT-nin nəzarəti altında seçkilər keçirilmədən, ölkənin yeni və qanuni hakimiyyəti formalaşmadan ABŞ Rusiya ilə əməkdaşlıq edə bilməz”,- Pentaqon şefinin Gerasimova cavab məktubunda bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər