Birləşmiş Millət Təşkilatının Ali Qaçqınlar Komitəsinin (BMT AQK) hesabatına görə, il ərzində Aralıq dənizində 1500-dən çox miqrant boğularaq həyatını itirib.
Teleqraf.com xəbər verir ki, təkcə iyun-iyul aylarında dənizdə 850 ölüm faktı qeydə alınıb.
Komitə Aralıq dənizinin dünyanın ən ölümcül dəniz marşrutu olduğunu bildirib. Avropaya üz tutan miqrant sayının azalmasına baxmayaraq, ölüm hallarının artdığı xəbərdarlığının edildiyi hesabatda miqrantların istifadə etdikləri marşrut üzərində insan oğurluğu ilə məşğul olan qlobal cinayətkar şəbəkənin fəaliyyət göstədiyi diqqətə çatdırılıb.
Komitə cinayətkar şəbəkə ilə mübarizənin sərtləşdirilməsinin vacib olduğunu bildirib.
BMT qeyd edir ki, 2018-ci ilin yanvar ayından bu günədək Aralıq dənzii üzərindən Avropaya 60 min miqrant gəlib. Keçən il isə bu rəqəm 120 mindən çox idi.
İspaniya 23 500 miqrantla Avropaya çatmaq istəyənlərin əsas hədəfidir. İspaniyanı 18 500 miqrantla İtaliya, 16 min nəfərlə Yunanıstan izləyir.
Miqrantların 13.5%-ni suriyalılar təşkil edir.