5 Avqust 2018 18:14
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Hava Yollarında çalışan pilot sərnişin kimi uçduğu təyyarədə xuliqanlıq edib.

Teleqraf.com xəbər verir ki, A380 nömrəli təyyarədən sərnişin kimi istifadə edən pilot təyyarəni partladacağı ilə təhdid edib.

Madrid-Dubay reysi ilə uçan sərnişin uçuş əsnasında digər sərnişinlərlə mübahisə edib, daha sonra bir nəfərə hücum edərək onu təhqir edib. Sərnişini sakitləşdirmək üçün təyyarə əməkdaşları onunla danışıq aparanı zaman pilot üzərində partlayıcılar olduğunu bəyan edərək, təyyarənin bir hissəsində nəzarəti əlinə alıb.

Lakin sonradan həmin şəxs zərərləşdirilərək Dubay hava limanında həbs edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər