18 Avqust 2014 15:16
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində azı 101 nəfər həlak olub.

Bu barədə Nepal televiziyası Daxili İşlər Nazirliyinə istinadən xəbər verib. Fəlakət bölgəsində minlərlə sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. 100-dən çox adamın da itkin düşdüyü bildirilir. Axtarışlara 4 helikopter və 2000-ə yaxın insan cəlb edilib.

Daşqın və torpaq sürüşməsindən zərər çəkən bölgələrdən sakinlərin evakuasiyası istiqamətində təcili tədbirlər görülür. Nepalın Səhiyyə Nazirliyi isə fəlakət bölgəsində suyun çirklənməsi ilə əlaqədar xəstəliklərin baş qaldıracağı ehtimalı ilə bağlı həyəcan təbili çalıb.

Qonşu Hindistan Nepalda təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərib.

/anspress/


Müəllif: