Danimarkada bu aydan qüvvədə olan “Qapanma qanununa” uyğun olaraq ictimai yerlərdə niqabdan istifadə edən, simalarını qapadan xanımlara qarşı cəzalar tətbiq olunacaq.
Teleqraf.com xəbər verir ki, artıq Danimarkada bununla bağlı cərimələr tətbiq olunmağa başlayıb.
Danimarkanın Horşolm şəhərində niqabı çıxarmaqdan imtina edən qadın 1000 kron cərimə olunub.
Xatırladaq ki, Kopenhagen Universiteti tərəfindən 2010-cu ildə aparılan araşdırmaya əsasən Danimarkada 150-100 qadın niqabdan istifadə edir.