5 Avqust 2018 20:57
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib.

Bu barədə Amerikanın Banqladeşdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücum edən şəxslərdən bir neçəsi motosikletdə olub.

"Səfir, sürücüləri və təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət almayıblar, lakin mühafizənin iki avtomobilinə ziyan dəyib", - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər