Həmasın liderlərindən Husam Bedran İsrail ilə anlaşma ehtimalından danışıb.
Teleqraf.com xəbər verir ki, Bedran Qəzzanın mühasirədən çıxması üçün böyük fürsət yarandığını bildirib.
Livanda çıxan "Əl Əkbər" qəzeti bir neçə gün öncə Həmas və İsrailin arasında Misirin vasitəçiliyi ilə 5 illik atəşkəsin əldə olunması üçün görüş keçirildiyini yazıb.
Anlaşmaya əsasən Həmas Qəzzada aksiyalara son qoyacaq, əvəzində İsrail Karem Şalom və Rifah sərhəd məntəqələrini açacaq. İkinci mərhələdə Qəzzada əhalinin sosial durumunun yaxşılaşması üçün real addımlar atılacaq.
İsrail mətbuatı Təl-Əviv hökumətilə Fələstin rəsmiləri arasında görüşlərin keçirildiyini yazıb.