Tunceli-Ovaciqda həyata keçirilən əməliyyat zamanı 6 terrorçu öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilir ki, adı çəkilən ərazilərdə 6 terrorçu öldürülüb, hazırda əməliyyatlar davam etdirilir: “Öldürülən terrorçulardan biri - İlkər Tezer terror təşkilatının region üzrə cavabdeh şəxsi olub. O, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən “bürünc siyahı” üzrə axtarılırmış”.