6 Avqust 2018 17:31
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum şair Məhəmməd Hüseyn Şəhriyarın şagirdi, Azərbaycan mədəniyyəti və ədəbiyyatı üzrə araşdırmaçı-alim Əsğər Fərdi vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, Güney Azərbaycanın Təbriz şəhərində dünyasını dəyişib.

Səhhətində ciddi problem olmayan alimin ölümünə səbəb ürək fəaliyyətinin dayanması olub.

Mərhumun həyat yoldaşı Nəyyer Kamali onun Təbrizdə dəfn olunacağını bildirib.

Keçən ildən İranın paytaxtı Tehranda yaşayan Əsğər Fərdi Təbrizə ziyarət məqsədilə gəlmişdi.

Qeyd edək ki, Əsğər Fərdi şagirdi olduğu ustad Şəhriyarın həyat və yaradıcılığının araşdırılması ilə də məşğul olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər