6 Avqust 2018 20:30
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

36 il əvvəl Türkiyənin Los-Anceles baş konsulu Kamal Arıkana qarşı sui-qəsd təşkil edərək, onu qətlə yetirən erməni terrorçu Hamiq Sasunyan azadlığa buraxıla bilər.

Teleqraf.com xəbər verir ki, erməni terrorçunun azadlığa buraxılmaması üçün internet üzərindən kampaniya təşkil edilib.

Qeyd edək ki, Türkiyənin Los-Anceles baş konsulu Kamal Arıkan 36 il əvvəl - 1982-ci il yanvarın 28-də evinə gedərkən sui-qəsd nəticəsində öldürülüb. Ona hücumu Hamiq Sasunyan və Qriqor Salibyan təşkil edib. Sui-qəsddən sonra “Erməni Qətliamı üçün Ədalət Kamondaları” (JCAG) hücuma görə məsuliyyəti üzərinə götürüb.

Hücumu təşkil edən iki erməni terrorçusundan biri - Hamiq Sasunyan saxlanılıb. Los- Ancelesdə keçirilən məhkəmə prosesi zamanı o, birinci dərəcəli cinayətkar kimi ömürlük həbs cəzası alıb. Lakin terrorçu 25 il həbsdə yatdıqdan sonra şərti azadlığa çıxmaq üçün məhkumlara tanınan hüququndan istifadə etmək qərarı verib. 2016-cı ilin dekabrında məhkumların şərti azadlığa buraxılması idarəsi terrorçunun müraciətinə müsbət yanaşıb. Lakin Kaliforniya qubernatoru Gerald Brovn terrorçunun azadlığa buraxılmasına icazə verməyib. Sasunyan və vəkilləri şərti azadlığa buraxılmaq hüququndan yararlanmaq cəhdlərini davam etdirir. San Quentin həbsxanasında yatan terrorçu illərdir ki, Kaliforniya Şərti Təxliyə Komissiyasına müraciət edərək azadlığa qovuşmaq istəyir. Məsələn, terrorçu 2006, 2010, 2013 və 2015-ci illərdə komissiyaya müraciət etsə də, tələbi rədd edilib.

ABŞ-da türk diplomatlara qarşı terror faktları haqqında danışan mütəxəssis Hazel Çağan Elbir deyib ki, əslində qətliamlar 1973-cü ildə başlayıb:

“1973-cü ildə Los-Ancelesdə konsul Bahadır Dəmir, baş konsul Məhmət Baydır Qurgen adlı erməni tərəfindən şəhid edilib. Sasunyan diplomat Arıkanı öldürdükdən sonra hər hansı bir peşmançılıq duymadığı bir yana, bu hadisənin törədilməsinin yubandığını, daha çox türkün ermənilər tərəfindən öldürülməsinin vacib olduğunu bəyan etdi. Mən onun azadlığa buraxılması haqda qərar veriləcəyinə inanmıram”.


Müəllif: Cavad

Oxşar xəbərlər