Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Qüds ordusunun komandanı, general Qasım Süleymani arasında gizli görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşün hansı tarixdə keçirilməsi barədə məlumat olmasa da, bunun paytaxt Ankarada baş tutduğu bildirilir.
Bu barədə açıqlama yayan Fələstin İslam Müqaviməti Təşkilatının (HƏMAS) Livandakı nümayəndəsi Əli Bərəkə görüşün təşəbbüskarı olduğunu açıqlayıb.
Görüşün Suriya ilə bağlı təşkil edildiyini deyən Əli Bərəkə bunun gizli olduğunu da iddia edib: “Bu görüş həm də Türkiyə və İran arasında körpü rolunu oynayacaq.
Qasım Süleymani və Ərdoğan arasında keçirilmiş görüşdə tərəflər Suriya məsələsinin siyasi yolla həlini razılaşdırdılar. Lakin Bəşər Əsəd qüvvələri və müxaliflər arasındakı anlaşılmazlıq, bu planın həyata keçirlməsinə mane oldu”.