7 Avqust 2018 11:45
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın ABŞ-dan aldığı F-35 döyüş təyyarələrinin məxfi məlumatları Tinder proqramı vasitəsilə oğurlanıb.

Teleqraf.com “Daily Mail”ə istinadla xəbər verir ki, şəxsiyyəti bilinməyən haker İngiltərə Hava Qüvvələrində xidmət edən qadın pilotla tanış olub, daha sonra onun hesabını oğurlayıb.

Bu hesab vasitəsilə digər ingilis pilotlarla əlaqə yaradan haker F-35-lər haqqında məxfi qeydləri ələ keçirib. Qadın pilot hesabının oğurlandığını bildirib. Beləcə F-35-lərlə bağlı məxfi informasiyaların bir qismi ifşa olunub.

İngiltərə Hava Qüvvələri F-35-lərlə bağlı informasiyanın üçüncü tərəfin əlinə keçdiyini təsdiqləyib.

Qeyd edək ki, İngiltərə və Amerika F-35 proqramı çərçivəsində 9 milyardlıq razılaşma imzalayıb. Razılaşmanın birinci mərhələsində 135 F-35 təyyarəsinin birinci partiyası kimi 48 təyyarə İngiltərəyə çatdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər