İranla iş görən ABŞ-la iş görə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bəyan edib.
ABŞ lideri bu barədə Tvitter-də yazıb.
“İranla iş görən Amerika ilə iş görə bilməyəcək. Dünya sülhü istəyirəm, daha azını yox”,- Tramp tvittdə qeyd edib.
Xatırladaq ki, ABŞ prezidentinin bu açıqlamasından əvvəl İran Prezidenti Həsən Ruhani açıqlama verərək Çin, Rusiya və Avropanın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara müqavimət göstərəcəklərinə dair söz verdiyini açıqlamışdı.