ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların həyata keçirilməsinə başlaması cəsarətli addımdır.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.
O, ABŞ-ın İranla bağlı bütün sərt addımlarını dəstəklədiklərini bildirib: “ABŞ Prezidenti Donald Tramp İrana yönəlik cəsarətli addımlar atır. Bunu gələcək nəsillər unutmayacaq. O, ABŞ-ın İranla bağlı mövqeyini dəyişdirdi”.
Liberman 2015-ci ildə “Altılıq” və İran arasında imzalanmış nüvə anlaşmasının böyük səhv olduğunu diqqətə çatdırıb: “Qərbi Asiyada terrorizmi dəstəkləkləyən İrana ümid etmək olmaz. Şiddət və nifrəti dəstəkləyən İranı ancaq sərt addımlarla dayandırmaq olar ki, ABŞ-ın buna adekvat səyləri təqdirəlayiqdir”.
Aviqdor Libermandan əvvəl İsrailin Milli Kəşfiyyat Xidmətinin rəhbəri Yisrael Katz da ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəklədiyini bildirmişdi. O, sanksiyalara görə, Trampa təşəkkür də edib.