Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxılaraq xəsarət alıb.
Məlumata görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı, 1953-cü il təvəllüdlü Elana Andreyevna Maqina qoruq ərazisində gəzinti zamanı yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.