Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsindən dərin təəssüfünü ifadə edib.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN-in bəyanatınada ABŞ-ın İran siyasəti BMT Təhlükəsizlik Şurasının İrana qarşı embarqoların aradan qaldırılmasını nəzərdə tutan 2231 sayılı qararını pozmağa yönəlmiş addımların davamı kimi qiymətləndirlir.
"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən aparılan bütün araşdırmalarda İranın vəzifələrini yerinə yetirdiyi sübut edilib. BMT Təhlükəsizlik Şurasının qərarı pozulub. Beynəlxlaq ictimaiyyət ABŞ-ın arzuları naminə çoxtərəfli diplomatik uğurların fiaskoya uğramasına izn verməməlidir. Uzun müddətli təcrübələrimizin göstərdiyi kimi, təzyiqlər yolu ilə İranı güzəştlərə məcbur etməyə göz yumulmamalıdır", deyə bəyanatda bildirilir.