Yaponiyanın məşhur təhsil müəssisəsi olan Tokio Tibb Universitetinin (TTU) rəhbərliyi qəbul imtahanları zaman qız tələbələrin cavablarımı dəyişdirərək topladığı balları aşağı salıb.
Teleqraf.com xəbər verir ki, bununla da TTU qızların qəbulunu qarşısına sədd çəkib.
Universitet rəhbərliyi belə bir addım atdığını təsdiqləyərək üzr istəyib. Bəlli olub ki, universitet 2006-cı ildən başlayaraq qız tələbələrin universitetə daxil olmasına bilərəkdən mane olub.
Qəribəsi budur ki, universitet rəhbərliyi bəzən oğlan tələbələrin cavab testlərinə müdaxilə edərək onların topladığı balları şişirdib.
“Xalqın bizə olan etimadını boşa çıxardıq. Üzr istəyirik”,-Universitetin rəhbəri Tetsuo Yukioka deyib.
Universitetin elmi işlər üzrə prorektor köməkçisi Keisuje Miyazava isə bundan sonra qəbul imtahanlarının ədalətli olacağına söz verib.
Qeyd edək ki, Yaponiyada böyük narazılığa səbəb olan bu hadisəni ölkənin “Yomiuri” qəzeti ortaya çıxarıb.
Qəzet adını açıqlamadığı mənbəyə əsaslanaraq yazıb ki, universitet rəhbərliyi arasında “qız tələbələr məzun olduqdan sonra hamilə qalıb uşaqlarına baxacaqları, həkim işləməyəcəkləri” prinsipini əsas götürərək daha çox oğlan tələbələrin universitetə qəbul olunmasına üstünlük verib.