Gürcüstanın Böyük Britaniyadakı səfirliyində anti-Gürcüstan və NATO əleyhinə şüarlar səsləndirən jurnalist polis tərəfindən saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, jurnalist Gürcüstanın Londondakı səfirliyində keçirilən Cənubi Osetiya hadisələrinin 10-cu ildönümünə həsr olunmuş sərgiyə zorla daxil olub.
İcazəsiz çəkiliş aparmaq istəyən jurnalist NATO-ya qarşı şüarlar səsləndirərək gürcü tərəfini Britaniya auditoriyasına yanlış informasiya verməkdə ittiham edib. İlkin məlumatlara görə, saxlanan Britaniya mediasında çalışır. Hadisə ilə bağlı araşdırma aparılır.